İDMAN


Yaponiyada Olimpiada dövründə gün ərzində 18 min mühafizə əməkdaşı cəlb ediləcək

Tokio, 25 iyun, AZƏRTAC

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yarışlar zamanı gün ərzində 18 min mühafizə əməkdaşının cəlb olunması barədə planı yayıblar.

AZƏRTAC xəbər verir ki, minlərlə təhlükəsizlik xidməti əməkdaşının yerli polislə birlikdə 43 Olimpiya obyektini və ətraf rayonu mühafizə edəcək.

Olimpiya Oyunlarının rəsmi nümayəndələrinin məlumatına görə, mühafizə xidmətinin yerləşmə planı hətta Olimpiya obyektləri tam dolu olduğu halda belə təhlükəsizliyi maksimum təmin etməyə şərait yaradacaq.

Təşkilatçılar əvvəlki yarışlar zamanı xüsusi mühafizə xidmətinin əməkdaşlarının sayı ilə əlaqədar problemlər yaranmasına baxmayaraq, bu dəfə seçimin səviyyəsindən razı qaldıqlarını bildiriblər.

Əlavə olaraq qeyd edilir ki, tamaşaçıların sayının tam dəqiqləşdirilməməsinə baxmayaraq, təşkilatçılar idman obyektlərində təhlükəsizlik xidmətinin miqdarından çox, onların çevikliyinə inamla yanaşırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.