Yaponiyada “Tokio-2020” ərəfəsində immiqrasiya xidməti əməkdaşlarının sayı artırılacaq
AzerTAg.az

Tokio, 10 avqust, AZƏRTAC
Yaponiyanın Ədliyyə Nazirliyi “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunları ərəfəsində İmmiqrasiya Xidməti əməkdaşlarının sayını artırmağı planlaşdırır.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya hökuməti 2020-ci ildə ölkəyə gələn əcnəbi turistlərin sayını 40 milyona çatdırmağı vəzifə kimi qarşıya qoyub.
Turistlərin sayının artması ilə əlaqədar nazirlik İmmiqrasiya Xidməti əməkdaşlarının sayını artırmağı planlaşdırır. Söhbət, ümumilikdə İmmiqrasiya Bürosunun müasirləşdirilməsindən gedir.
Nazirlik, eyni zamanda, aeroportlarda sifətin tanınması sisteminin tətbiqi ilə əlaqədar sorğu verməyi də nəzərdə tutur. Bu, sənədlərin yoxlanmasını sürətləndirə bilər. Belə sistemlər artıq Tokionun “Narita” və “Haneda” beynəlxalq aeroportlarında tətbiq olunur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var