DÜNYA


Yaponiyada ağır xəstə uşaqlar üçün qeyri-adi qayğı mərkəzi

Bakı, 30 mart, AZƏRTAC

İstedadlı yapon memarı Hiroşi Nakamura öz komandası ilə birlikdə ağır xəstə uşaqlar üçün xüsusi mərkəzin layihəsini başa çatdırıb.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, bu sifariş Yaponiyada ağır xəstə uşaqları və onların ailələrini dəstəkləyən qeyri-kommersiya xeyriyyə təşkilatı olan “Dream for Children with” tərəfindən verilib.

“Külək boruları evi” layihəsi şəfa ümidi verən heyrətamiz bir quruluşdur. Layihənin müəllifləri uşaqların öz yaşıdları ilə eyni sevinc və imkanlara malik bir məkan yaratmağa nail olublar.

Okeanın üzərində yerləşən qəribə külək boruları və yaşıl dam örtüyü olan ikimərtəbəli, dairəvi bina, hətta yataq xəstəsi olan uşaqlara da gözəl mənzərədən həzz almaq imkanı verir. Dizaynerlər xəstələrə ən təmiz hava ilə nəfəs almaq, quşların nəğməsini eşitmək və gəzmək imkanı olmasa da təbiətin gözəlliyini görmək üçün unikal imkan yaratmağa xüsusi diqqət yetiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.