DÜNYA


Yaponiyada aramsız yağışlar nəticəsində həlak olanların sayı 217 nəfərə çatıb

Tokio, 20 iyul, AZƏRTAC

Yaponiyanın hakimiyyət orqanlarının yaydığı məlumata görə, 10 gün bundan əvvəl ölkənin qərbində yağan aramsız yağışlar səbəbindən yaranan torpaq sürüşmələri və daşqınlar nəticəsində 217 nəfər həlak olub, 13 nəfər isə itkin düşüb.

AZƏRTAC xəbər verir ki, ən çox həlak olanlar Hirpşima, Okayama və Ehime prefekturalarında qeydə alınıb.

Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi bildirir ki, iyulun 20-də səhər saatlarına olan məlumata görə, həmin prefekturalarda 24 min ev təsərrüfatı hələ də susuz qalıb.

Kənd, Meşə və Balıqçılıq Təsərrüfatları Nazirliyinin məlumatına görə, təbii fəlakət nəticəsində dəyən zərər bu günədək 680 milyon dollar təşkil edib və həmin rəqəmin artacağı gözlənilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.