DÜNYA


Yaponiyada avtobusun avtomobillə toqquşması nəticəsində 21 nəfər xəsarət alıb

Tokio, 13 iyul, AZƏRTAC

Yaponiyanın Naqano prefekturasındakı dağ yolunda avtobusun avtomobillə toqquşması nəticəsində 21 nəfər xəsarət alıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yanğınsöndürmə idarəsi məlumat yayıb.

Bildirilir ki, iyulun 13-də günün ikinci yarısında Naqano prefekturasının Matsumoto şəhərinə aid olan dağ yolunda turist avtobusu avtomobillə toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində 21 nəfər xəstəxanaya yerləşdirilib. Avtomobilin sürücüsünün vəziyyətinin ağır olduğu qeyd edilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.