DÜNYA


Yaponiyada avtomobil bir qrup uşağı vurub

Tokio, 13 iyun, AZƏRTAC

Yaponiyada sükan arxasında yaşlı qadının olduğu avtomobil bir qrup uşağı vurub.

AZƏRTAC xəbər verir ki, uşaqlardan ikisi xəstəxanaya yerləşdirilib.

Hadisə yerli vaxtla səhər saat 10 radələrində Hyoqo prefekturasının Nişinomiya şəhərində baş verib. Yerli polisin bildirdiyinə görə, tərbiyəçinin idarə etdiyi avtomobil səkidə hərəkət edən uşaq dəstəsinə çırpılıb. Beş və altı yaşlarında olan iki qız uşağı xəstəxanaya yerləşdirilib.

Polis 69 yaşlı sürücü qadını saxlayıb. Hadisə ilə əlaqədar təhqiqat davam edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.