DÜNYA


Yaponiyada bazar günü havanın daha isti olacağı gözlənilir

Tokio, 3 iyul, AZƏRTAC

Yaponiyanın geniş ərazilərində həftə ərzində hökm sürən isti havanın bazar günü daha da güclənəcəyi gözlənilir.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, istirahət günlərində ölkənin qərb və şərq ərazilərini əhatə edən yüksək hava təzyiqi nəticəsində termometrlərin civə sütunu kəskin artıb.

Yaponiyanın mərkəzi hissəsində yerləşən Naqano prefekturasının Ueda şəhərində gündəlik maksimum temperatur 38,8 dərəcə, qərbdə yerləşən Kiotoda isə 38,6 dərəcə selsiyə bərabər olub.

Artıq səkkiz gündür ki, Tokioda havanın temperaturu 35 dərəcədən yuxarı qalxır.

Yaponiyanın qərbində və şərqində bazar günü buludlu havanın olacağı və yağış yağacağı proqnozlaşdırılsa da, temperaturun həmin həddə qalacağı bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.