DÜNYA
Yaponiyada cari ildə sayca 19-cu olan güclü tufan ölkənin qərb sahillərinə doğru irəliləyir VİDEO
Tokio, 12 oktyabr (AZƏRTAC). Yaponiya Meteorologiya İdarəsinin verdiyi məlumata əsasən, cari ildə sayca 19-cu olan güclü tufan Okinava prefekturasının əsas adalarını arxada qoyaraq, saatda 20 kilometr sürətlə ölkənin qərb rayonlarına doğru irəliləyir.
Tufanın mərkəzindəki həddindən artıq aşağı hava təzyiqi sürəti saatda 126 kilometrə çatan güclü külək əmələ gətirib.
Okinava prefekturasında 35 nəfərin xəsarət aldığı bildirilir.
Yerli hakimiyyət orqanları mümkün daşqınları və torpaq sürüşmələrini nəzərə alaraq, Okinava və Kaqoşima prefekturalarında 200 min ev təsərrüfatının təxliyyəsini təşkil edib.
Meteorologiya İdarəsi Yaponiyanın qərbindəki rayonların əhalisinə leysan yağışlar və güclü külək barədə xəbərdarlıq edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri,
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]
UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]