DÜNYA
Yaponiyada dəmir yolunda qalan avtomobillə toqquşan qatar relsdən çıxıb
Tokio, 19 iyun, AZƏRTAC
İyunun 19-da Tokio yaxınlığında dəmir yolunda qalan avtomobillə toqquşan qatar relsdən çıxıb.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində bir nəfər xəsarət alıb. Qəzanın baş verdiyi Odavara xəttinin operatoru olan “Odakyu Electric Railway Co.” şirkətinin bildirdiyinə görə, 10 vaqondan ibarət qatarın yalnız birinci vaqonu xətdən çıxıb.
Avtomobil dirək bağlandıqdan sonra dəmir yolu kəsişməsində qalıb. Təqribən 20 yaşlarında olan sürücü qadın qaçaraq qəza düyməsini bassa da, maşinist qatarı vaxtında saxlaya bilməyib.
Odavara xətti ilə hərəkət edən qatarın “Şincuku” stansiyasından “Tokio” stansiyasına getdiyi bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]