DÜNYA


Yaponiyada doğuşların sayı rekord səviyyədə aşağı düşüb

Yaponiyada doğuşların sayı rekord səviyyədə aşağı düşüb

Tokio, 27 noyabr, AZƏRTAC

Yaponiyada cari ildə doğuşların sayı rekord səviyyədə aşağı düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, cari ilin yanvarından sentyabrınadək ölkədə 600 mindən az uşaq doğulub. Belə ki, 1899-cu ildən aparılan statistikaya əsasən ölkədə hər bir təqvim ili ərzində ən azı 800 min uşaq doğulub.

Nazirliyin məlumatında qeyd edilir ki, ilkin hesabata əsasən cari ilin ilk 9 ayı ərzində cəmi 599 min 636 uşaq dünyaya gəlib. Buraya ölkədə doğulan əcnəbi uşaqlar da daxildir. Həmin göstəricinin keçən illə müqayisədə 30 min 933 nəfər və ya 4,9 faiz az olduğu qeyd edilir. Ümumiyyətlə, 2021-ci ildə Yaponiyada 811 min 622 uşaq doğulub.

Noyabrın əvvəllərində Yaponiya tədqiqat institutlarından biri cari ildə ölkədə 770 min uşağın doğulacağını proqnozlaşdırıb. 2017-ci ildə isə Milli Əhali və Sosial Təminat İnstitutu 2030-cu ilədək doğuşun azalmayacağını bildirmişdi.

Nazirliyin rəsmiləri Yaponiyada doğuşun belə azalmasının səbəbi kimi koronovirus pandemiyasını göstərirlər. Belə ki, pandemiya başlayandan bəri Yaponiyada yeni ailə quranların və dünyaya uşaq gətirmək istəyənlərin sayı azalıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.