DÜNYA


Yaponiyada dronların köməyi ilə düyü şitillərinin əkini sınaqdan keçirilib

Tokio, 12 may, AZƏRTAC

Yaponiyanın qərbində yerləşən Hiroşima prefekturasının kənd təsərrüfatı rəsmiləri yaşlı fermerlərin işini yüngülləşdirmək məqsədilə düyü şitillərinin dron vasitəsilə əkinini sınaqdan keçiriblər.

AZƏRTAC xəbər verir ki, Hiroşima Hiqaşi şəhərində yerləşən kənd təsərrüfatı kooperativində sınaq zamanı şitillərin olduğu konteynerin üzərində yerləşən operator iki metr hündürlükdən onları əkin sahəsinə yayıb. Ümumi sahəsi 2 min kvadratmetr olan düyü sahəsinə şitillərin əkilməsi cəmi 10 dəqiqə vaxt aparıb. Bu, adi halda həmin sahənin əkilməsi üçün lazım olan vaxtdan altı dəfə azdır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.