DÜNYA


Yaponiyada əcnəbi istehlakçılar üçün “qaynar xətt” açılıb

Tokio, 3 dekabr, AZƏRTAC 

Yaponiyada əcnəbi istehlakçılara kömək etmək məqsədilə “qaynar xətt” açılıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Yaponiya İstehlakçıların Məsələləri Milli Mərkəzi dekabrın 3-dən başlayaraq belə bir xidmət təklif edir. Həmin xidmətə iş günləri səhər saat 10-dan 16-dək müraciət etmək olar. “Qaynar xətt”ə zəng edənlər beş dildə - ingilis, Koreya, Çin, tay və Vyetnam dillərində tərcüməçilərin xidmətindən istifadə edə bilərlər.

İndiyədək əcnəbi turistlər bütün ölkə üzrə istehlak məsələləri mərkəzlərinə birbaşa müraciət edirdilər. Bu müraciətlərdə əsasən, istehlakçılar onlardan yemək üçün əlavə pul ödəmə tələbinə görə şikayət edirdilər. Belə ki, onların qənaətinə görə, həmin yeməklər ödənişsiz təklif edilirmiş.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.