DÜNYA


Yaponiyada əmək qabiliyyətli əhalinin sayı rekord səviyyədə azalıb

Tokio, 12 aprel, AZƏRTAC 

Yaponiyada əmək qabiliyyətli əhalinin sayı rekord səviyyədə azalıb. AZƏRTAC xəbər verir ki, bu barədə Ümummilli İşlər, Yerli Muxtariyyət və Rabitə Nazirliyinin aprelin 12-də yaydığı statistik məlumatda qeyd edilib.

Bildirilir ki, ötən ilin oktyabrına olan son məlumata görə, Yaponiyada əcnəbilər də daxil olmaqla əhalinin ümumi sayı 126 milyon 400 min nəfər təşkil edib. Bu rəqəm artıq səkkiz ildir ki, fasiləsiz olaraq azalmaqda davam edir. Əhalinin ümumi sayı 263 min nəfər və ya 0,21 faiz azalıb ki, bu da ən yüksək həddir.

Qeyd edilir ki, ölkə üzrə 15 yaşdan 64 yaşadək əmək qabiliyyətli əhalinin sayı 75 milyon 400 min nəfərə bərabər olub. Həmin yaş qrupu ölkə əhalisinin strukturunda 60 faizə bərabərdir və bu, müharibədən sonrakı 1950-ci ilin rekord səviyyədə aşağı göstəricisinə bərabərdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.