Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Yaponiyada fövqəladə vəziyyət rejiminin tətbiqinin səbəbləri və gözlənilən nəticələr

Yaponiyada fövqəladə vəziyyət rejiminin tətbiqinin səbəbləri və gözlənilən nəticələr

Tokio, 7 aprel, AZƏRTAC

Xəbər verdiyimiz kimi, aprelin 8-dən başlayaraq Yaponiya hökuməti fövqəladə vəziyyət rejimi elan edəcək. Qeyd edək ki, bu barədə qərar II Dünya müharibəsindən sonra Yaponiya tarixində ilk dəfə tətbiq olunacaq. Buna əsas səbəb kimi paytaxt Tokioda son sutkalar ərzində rekord sayda COVID-19 koronavirusuna yoluxanların olması göstərilir.

Bütün dünyanı lərzəyə salan pandemiyanın cəngindən xilas olmağı bacaran Çin və Cənubi Koreya ilə müqayisədə Yaponiya regionda zəif bənd kimi görünür. Bunu nəzərə alan dünyanın üçüncü iqtisadiyyatına malik olan Yaponiyanın Baş Naziri Şinzo Abe genişmiqyaslı antiböhran tədbirlərini nəzərdə tutan paketin qəbul edəcəyini bildirib. Həmin paketin həcminin ölkənin ümumi daxili məhsulunun 20 faizi həcmində olacağı qeyd edilir.

Yeri gəlmişkən qeyd edək ki, artıq fevral ayından başlayaraq Yaponiyanın hökumət orqanlarının özəl şirkətlərin rəhbərlərindən əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tələbinə baxmayaraq, yüksək zəhmətsevərliyi və korporativ kollektivçilik mədəniyyətinə sahib olan bu xalqın nümayəndələri bu təşəbbüsü o qədər də ciddi qəbul etməyib. Belə ki, ötən həftənin sonlarında Yaponiyada geniş populyarlığı ilə seçilən LINE sosial şəbəkəsinin operatorunun keçirdiyi sorğunun nəticələrinə görə vətəndaşların əksəriyyəti daha tez-tez əllərini yusalar da, rəyi soruşulanların yalnız 5,6 faizi məsafədən işə keçdiklərini bildiriblər.

Bundan əlavə, respondentlərin yalnız 32,8 faizi lazımi sosial məsafəni gözlədiyini və bir-biri ilə aralıdan ünsiyyət qurduqlarının qeyd ediblər.

Nəticədə hökumət strukturları daha ciddi tədbirlər görmək və müharibədən sonrakı Yaponiyanın tarixində ilk dəfə olaraq fövqəladə vəziyyət rejiminin tətbiq etmək barədə qərar qəbul ediblər. Bununla yanaşı, Yaponiyada həmin rejimin tətbiqinin özünəməxsus xüsusiyyətlərinin olacağı da bildirilir. Bir tərəfdən fövqəladə vəziyyət rejiminin elan olunması hökumət orqanlarına vətəndaşlardan küçəyə çıxmamağı, kütləvi tədbirlərdən imtina etməyi və gigiyena qaydalarını gözləməyi tələb etmək imkanı yaradacaq. Digər tərəfdən isə, bu qərar küçəyə çıxmaq üçün heç bir QR-kodun müəyyən edilməsini, cərimələrin tətbiqini və digər cəza tədbirlərini nəzərdə tutmur. Bu zaman əsas diqqət yaponların ənənəvi intizamlığına yönəlir.

Bu məsələyə münasibət bildirən Baş Nazir qeyd edib ki, “Xarici ölkələrdən fərqli olaraq, biz şəhərlərin bağlanmasını nəzərdə tutmuruq”.

Eyni zamanda, fövqəladə vəziyyət rejimi bütün ölkə ərazisində yox, yalnız paytaxt Tokioda və altı prefekturada tətbiq olunacaq.

Qeyd etdiyimiz kimi, Yaponiyada gözlənilmədən fövqəladə vəziyyət rejiminin tətbiqinə səbəb kimi koronavirusun yayılması ilə bağlı ötən bazar günündə yayılan narahatedici məlumatlar olub. Bu xəstəliyə yoluxanların sayına görə lider mövqedə dayanan və mindən çox insanın xəstələndiyi Tokioda bir gündə 143 nəfərin yoluxması barədə sutkalıq antirekord böyük əks-səda doğurub. Həmin gün ölkənin ikinci sənaye mərkəzi hesab edilən Osaka prefekturasında cəmi 21 nəfər koronavirusa yoluxub və bununla ümumi xəstələrin sayı dörd yüz nəfəri keçib.

Vəziyyətin gərginləşməsinə səbəb kimi isə, Osakada yerləşən ölkənin ikinci böyük türməsində nəzarətçilərdən birinin koronavirusa yoluxması barədə xəbərlərin yayılması göstərilir. Məlum “Diamond Princess” kruiz laynerində yaranmış böhran vəziyyətinin təkrar olmaması üçün hökumət fövqəladə tədbirlər görmək məcburiyyətində qalıb. Belə ki, türməyə quru qoşunları və hərbi həkimlər cəlb edilərək burada koronavirusa yoluxanlar – həmin nəzarətçi və onun ünsiyyətdə olduğu 40 məhkum bir nəfərlik kameralarda karantinə yerləşdiriliblər. Türmənin daha 120 əməkdaşı evlərdə özünütəcridə göndərilib.

Hökumət orqanlarının fövqəladə vəziyyət rejiminin tətbiqi barədə qərar qəbul etməsinin daha bir səbəbi kimi, ölkədə pandemiyanın real miqyası barədə dəqiq təsəvvürün olmaması göstərilir.

Belə ki, hər gün on minlərlə testin keçirilməsi yolu ilə ilkin mərhələdə diaqnostikanın aparıldığı Cənubi Koreyadan fərqli olaraq, Yaponiyada yalnız şübhəli sipmtomlara malik olan şəxslərdə koronavirus analizi aparılıb.

Mütəxəssislərin qənaətinə görə, məhz buna görə Yaponiya xəstələrin sayının sürətlə azaldığı digər ölkələrdən çox geri qalır. Ölkənin Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı son məlumatlara görə, aprelin 7-də saat 11:30-a kimi ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 4820 nəfər təşkil edib. Onlardan 108-nin öldüyü bildirilir. Paytaxtda yoluxanların ümumi sayı isə 1116 nəfərə çatıb.

Bununla yanaşı, Kyodo agentliyi bildirib ki, Tokioda və digər şəhərlərdə pandemiyanın gözlənilməz ssenari üzrə inkişafı baş verərsə, xəstəxanalarda kəskin çarpayı çatışmazlığı yarana bilər.

Bütün bunlarla yanaşı, Yaponiya hökumətinin digər ölkələrdən fərqli olaraq kütləvi testlərdən imtina etməsi, Tokio ilə onun yaxın müttəfiqi olan Vaşinqton arasında da kəskin narazılığın yaranmasına səbəb olub. ABŞ-ın mövqeyini nümayiş etdirən bu ölkənin Yaponiyadakı səfiri koronavirus yoluxmasına görə Tokionu ilkin diaqnostika məqsədilə kifayətedici çeviklik nümayiş etdirmədiyinə görə kəskin tənqid edib. Bu Yaponiyanın hökumət orqanları tərəfində müəyyən mənada anlaşılmazlıqla qarşılanıb. Hökumət orqanları bildiriblər ki, onlar Ümumdünya Səhiyyə Təşkilatının (DST) tövsiyələrinə uyğun olaraq hərəkət ediblər. Digər tərəfdən testlər az keçirilsə də, Yaponiyada koronavirusa yoluxaraq ölənlərin sayının az olması da əsas kimi göstərilib.

ABŞ diplomatik missiyasının saytında yerləşdirilmiş elanda isə qeyd edilib ki, Yaponiyada kütləvi testlər aparılmadığına görə, bu ölkədə koronavirusa yoluxanların sayını müəyyən etmək mümkün deyil. Buna görə də ABŞ səfirliyi Yaponiyadakı bu ölkə vətəndaşlarını təxliyəyə hazır olmağa çağırıb.

Bu hadisələr fonunda ABŞ hərbi kontingentinin Yaponiyadakı komandanı general-leytenant Kevin Şnayder bu ölkənin Kanto regionunda yerləşən hərbiçiləri üçün fövqəladə vəziyyət rejiminin tətbiq olunduğunu elan edib.

Əlavə olaraq qeyd edək ki, Tokionu və ətraf prefekturaları əhatə edən Kanto regionunda Yokota hərbi-hava bazası da daxil olmaqla, ABŞ-ın strateji hərbi obyektləri yerləşir.

Pandemiyaya qarşı mübarizə ilə yanaşı, dünyanın üçüncü, Asiyanın isə ikinci iqtisadiyyatı üçün tətbiq ediləcək fövqəladə vəziyyət rejiminin hansı nəticələrə səbəb olacağı məsələsi də öz ciddiliyi ilə diqqəti cəlb edir.

Ölkədə fövqəladə vəziyyət rejiminin tətbiqi ilə bağlı hazırlıq işlərinin başlanması barədə yayılan xəbərlərə ilk olaraq Yaponiyanın milli valyutası olan yen reaksiya verib. Onun məzənnəsi digər dünya valyutaları ilə müqayisədə aşağı düşməyə başlayıb.

Pandemiyanın nəticələrinin ağırlığını yaxşı başa düşən Ş.Abe öz həcminə görə indiyədək görünməmiş iqtisadi antiböhran paketinin qəbul ediləcəyini bildirib. Onun ümumi həcminin 108 trilyon yen (təqribən 989 milyard dollar) olacağı gözlənilir ki, bu da ölkə üzrə ÜDM-nin 20 faizinə bərabərdir. Həmin vəsaitin əsasən, biznesin dəstəklənməsinə və pandemiya ilə əlaqədar tətbiq olunan məhdudlaşdırıcı tədbirlər nəticəsində gəlirləri kəskin azalan ailələrə sərf ediləcəyi bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri müzakirə edilib

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır