DÜNYA
Yaponiyada gələcəyin şəhəri inşa ediləcək
Bakı, 14 iyul, AZƏRTAC
“Bjarke Ingels” memarlıq bürosu Yaponiyada özü idarə olunan gələcəyin “ağıllı şəhər” layihəsini hazırlayıb. Yeni şəhər 700 min kvadratmetrdən çox ərazini əhatə edəcək.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, ağacdan tikiləcək evlərdə robotlardan istifadə ediləcək. Ümumilikdə üç küçədən ibarət şəhərdə yalnız elektromobillərin, velosipedlərin, skuterlərin hərəkətinə icazə veriləcək. Bir küçə isə tamamilə piyadaların ixtiyarına veriləcək.
Binalar ekoloji cəhətdən təmiz materiallardan, xüsusən də ağacdan tikiləcək və günəş panelləri ilə təchiz ediləcək. Bütün yaşayış binaları həyatı asanlaşdıran robotlar və sağlamlıq müayinələri üçün süni intellektə qoşulmuş sensorlarla təchiz olunacaq. Şəhər 2000 nəfərin yaşaması üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [22:31]
Kopenhagendə yanan tarixi birjanın fasadı uçub
- 18.04.2024 [21:38]
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [21:25]
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
- 18.04.2024 [21:00]
Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir
- 18.04.2024 [20:29]
Türkiyədə zəlzələ olub
- 18.04.2024 [19:30]
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [19:29]