DÜNYA
Yaponiyada güclü zəlzələ olub
Bakı, 21 oktyabr, AZƏRTAC
Yaponiyanın qərbində yerləşən Tottori prefekturasında 6,6 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində dağıntıların və xəsarət alanların olduğu bildirilir.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, zəlzələnin ocağı prefekturanın mərkəzində yer səthindən 10 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Yaponiyanın 47 prefekturasından 31-də hiss olunub. İlk güclü təkandan sonra 4,3–5 bal gücündə azı 5 afterşok qeydə alınıb. Seysmoloqlar sunami təhlükəsinin olmadığını bildirib.
Təhlükəsizlik səbəbi ilə Tottori prefekturasında sürət ekspreslərinin hərəkəti dayandırılıb. Həmçinin 39,8 min ev elektrik enerjisiz qalıb.
Yaponiya KİV-ləri prefektura ərazisində fəaliyyət göstərən atom elektrik stansiyalarında heç bir ştatdankənar vəziyyət müşahidə edilmədiyini yazır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.04.2024 [21:38]
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [21:25]
Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib
- 18.04.2024 [21:00]
Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir
- 18.04.2024 [20:29]
Türkiyədə zəlzələ olub
- 18.04.2024 [19:30]
Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
- 18.04.2024 [19:29]
Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb
- 18.04.2024 [19:24]
Gürcüstanda torpaq sürüşməsi baş verib
- 18.04.2024 [17:06]