DÜNYA


Yaponiyada havanın temperaturu son 139 ildə rekord səviyyəyə çatıb

Tokio, 5 dekabr, AZƏRTAC 

Dekabrın 4-də Yaponiyada havanın hərarəti 300-dən çox temperatur rekordunu təzələyib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, termometrlərin civə sütunu 25 dərəcədən, bəzi yerlərdə isə hətta 27 dərəcədən yuxarı temperatur qeydə alıb.

Oiça prefekturasında termometr müsbət 27 dərəcə, Şimane və Fukuokada 25 dərəcə, Narada 26 dərəcə istilər göstərib. Bütün ölkə üzrə mövcud olan 940 müşahidə məntəqəsindən 345-də temperatur rekordu müşahidə edilib. Bir çox rayonlarda, o cümlədən Vakayama şəhərində müşahidələrin aparıldığı son 139 ildə, Fukuoka və Matsuyama şəhərlərində isə son 128 ildə havanın ən yüksək hərarəti qeydə alınıb.

Həmin gün paytaxt Tokioda da çox isti olub. Yaponiya paytaxtında nahar vaxtı havanın temperaturu müsbət 25 dərəcə təşkil edib.

Yaponiyanın ən soyuq adası hesab edilən Hokkaydoda belə hava həmişəkindən 13 dərəcə isti olub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.