DÜNYA


Yaponiyada hərəkət edən avtomobildə “5G” protokolu üzrə məlumatların ötürülməsi sistemi sınaqdan keçirilib

Bakı, 26 noyabr, AZƏRTAC

Yaponiyanın ən böyük rabitə operatoru “NTT DoCoMo” və “Mitsubishi Electric” şirkəti birgə hərəkət edən avtomobildə “5G” protokolu üzrə məlumatların ötürülməsi üçün avadanlığı sınaqdan keçiriblər.

AZƏRTAC “hightech.fm” saytına istinadən yazır ki, sınaqlar Tokioda keçirilib. Gələcəkdə yeni sistem ictimai nəqliyyatda məlumatları yüksək sürətlə ötürməyə imkan verəcək.

"Binaların divarlarına qurulmuş baza stansiyalarının antenaları şüanı nəqliyyat vasitələrinin yuxarı hissəsinə qurulmuş mobil terminallara göndərir" – şirkətlərin nümayəndələri deyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.