DÜNYA


Yaponiyada iki müxalifət partiyası birləşib

Tokio, 26 aprel, AZƏRTAC

Yaponiyada iki müxalifət partiyası vahid siyasi təşkilatda birləşmək barədə razılığa gəlib. Həmin partiyaların sədrləri digər partiyaları da onlardan nümunə götürməyə çağırıblar.

AZƏRTAC xəbər verir ki, aprelin 26-da Xalq Üçün Demokratik Partiya və Liberal Partiya bağlı qapılar arxasında keçirilən yeddi saatlıq müzakirələrdən sonra birləşmək barədə qərar qəbul ediblər.

Görüş iştirakçılarının bildirdiyinə görə, Xalq Üçün Demokratiya Partiyasından olan deputatların əksəriyyəti birləşmə barədə partiyanın sədri Yuiçiro Tamakinin təklifini dəstəkləsə də, bəziləri bunun vaxtının çatmadığını deyib.

Y.Tamaki bildirib ki, birləşmədə məqsəd Baş nazir Şinzo Abenin administrasiyası ilə olan fərqi nümayiş etdirmək və mövcud siyasi qaydaları dəyişməkdir.

Həmin gün Y.Tamaki Liberal Partiyanın sədri İçiro Ozava ilə görüşüb və onlar birləşmə haqqında razılaşmanı birlikdə imzalayıblar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.