DÜNYA


Yaponiyada ilk dəfə koronavirusun anadan körpəyə ötürülməsi qeydə alınıb

Yaponiyada ilk dəfə koronavirusun anadan körpəyə ötürülməsi qeydə alınıb

Tokio, 22 mart, AZƏRTAC

Yaponiyada ilk dəfə COVID-19 virusunun anadan yeni doğulmuş körpəyə ötürülməsi faktı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə martın 22-də NHK telekanalı Yaponiya Pediatorlar Cəmiyyətinə istinadla məlumat yayıb.

Mütəxəssislərin bildirdiyinə görə, bu, yeni doğulan körpədən virus testi götürüldükdən sonra məlum olub. Həkimlər ananın və körpənin hazırda özlərini yaxşı hiss etdiklərini və onların səhhətlərində heç bir problem olmadığını qeyd edirlər.

Bildirilir ki, koronavirus pandemiyası başlayandan Yaponiyada koronavirusa yoluxmuş 51 ananın körpəsi dünyaya gəlib. Həmin körpələrin heç birində koronavirus testi müsbət olmayıb.

Xatırladaq ki, martın 22-dən başlayaraq Yaponiyada fövqəladə vəziyyət rejimi aradan qaldırılıb. Fövqəladə vəziyyət rejimi Tokioda və qonşuluqda yerləşən Saytama, Çiba və Kanaqava prefekturalarında gecə saat 00:00-dan ləğv olunub. Digər regionlarda fövqəladə vəziyyət rejimi daha əvvəl ləğv edilmişdi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.