DÜNYA


Yaponiyada ilk kiberidman salonu açılacaq

Tokio, 3 may, AZƏRTAC

Yaponiyanın paytaxtı Tokioda kiberidman növü üzrə ilk məşq salonu açılacaq.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, həmin salonda həm həvəskarlar, həm də peşəkarlar məşq edərək yüksəksəviyyəli təlimlər keçə biləcəklər.

Fərdi oyun kompüterlərinin quraşdırılacağı salon mayın 19-da açılacaq. Burada Yaponiyada çox məşhur olan “Valorant” və “League of Legends” kimi oyunlar iştirakçılara təqdim ediləcək.

Salondan istifadənin qiymətlərinə gəlincə, 3 saatlıq məşq üçün təqribən 13 dollar ödəniləcək. Bununla yanaşı, aylıq 50 dollardan başlayan abunə qiymətləri ilə salona gündəlik giriş mümkün olacaq. Həmçinin müştərilərə saatı 25 dollara əlavə məşq seansları da təklif olunacaq.

“Tokyo Metro” özəl və “Gecipe” kiberidman təhsil şirkətləri tərəfindən idarə olunan məşq salonuna həm təcrübəli oyunçular, həm də yeni başlayan həvəskarlar buraxılacaqlar.

Qeyd edək ki, bu idman növü “Doom 2” oyunlarından başlayıb. Kiberidman növü üzrə yarışlar həm komanda, həm də fərdi qaydada keçirilə bilər.

Xatırladaq ki, kiberidman üzrə ilk liqa – “Cyberathlete Professional League” 1997-ci ildə ABŞ-da “Quake” oyunlarının populyarlaşması ilə yaranıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.