DÜNYA


Yaponiyada isti hava səbəbindən 10 minədək insan xəstəxanalara yerləşdirilib

Tokio, 19 iyul, AZƏRTAC

Yaponiyada ötən həftə ərzində ölkənin bütün ərazisini əhatə edən isti hava səbəbindən 9956 nəfər xəstəxanalara yerləşdirilib, onlardan 12-si dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Yanğınsöndürmə İdarəsi məlumat yayıb. Xəstəxanalara yerləşdirilənlərin yarısını 65 və daha yuxarı yaşlı insanlar təşkil edir.

Bu yaxınlarda aramsız yağışlardan zərə çəkən qərb rayonlarında günvurmadan xəsarət alanların sayı ötənilki göstəricini iki dəfə üstələyib. Okayama prefekturasında 353 nəfərin, Hiroşimada isə 315 nəfərin belə xəsarət aldığı bildirilir.

Hakimiyyət orqanları əhalini kondisionerlərdən düzgün istifadə etməyə və maye qəbulunu artırmağa çağırıb. Eyni zamanda, günvurma nəticəsində halı xarablaşan insanları gördükdə təcili yardım xidmətinə müraciət etmək də tövsiyə olunur.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.