DÜNYA


Yaponiyada isti hava səbəbindən mindən çox insan xəstəxanaya yerləşdirilib

Bakı, 14 iyul, AZƏRTAC

Yaponiyada isti hava səbəbindən şənbə günü mindən çox insan xəstəxanaya yerləşdirilib. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yaponiyada istivurmadan 1042 nəfər xəstəxanaya yerləşdirilib. Bir neçə gündür ki, ölkənin hər yerində isti və rütubətli hava hökm sürür.

Keçən il Yaponiyada istidən 44 nəfər ölüb, onlarca insan xəstəxanaya düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.