CƏMİYYƏT
Yaponiyada keçici koronavirusa yoluxma ilə bağlı ikinci fakt təsdiq olunub
Tokio, 24 yanvar, AZƏRTAC
Yaponiya Səhiyyə Nazirliyi hazırda Çində yayılmaqda davam edən yeni koronavirusun ştammına yoluxmuş ikinci şəxs barədə məlumatı təsdiq edib.
AZƏRTAC xəbər verir ki, bu virus Çinin Uxan şəhərindən Tokioya gəlmiş 40 yaşlı kişidə aşkar olunub.
Rəsmi mənbələrin bildirdiyinə görə, həmin xəstəliyə yoluxmuş şəxs Yaponiyaya döndükdən 20 gün sonra həkimə müraciət edib.
Yanvarın 24-də səhər bu şəxsin məhz yeni koronavirusa yoluxduğu faktı təsdiq olunub. Həmin xəstənin Tokiodakı xəstəxanalardan birində yerləşdirildiyi bildirilir.
Xəstə bu virusun əsasən qeydə alındığı Uxan şəhər dəniz məhsulları bazarında olmadığını, səfər zamanı daim maska geydiyini söyləyib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]