DÜNYA


Yaponiyada koronavirusa yoluxanların ümumi sayı 81 mini ötüb

Tokio, 25 sentyabr, AZƏRTAC

Yaponiyanın hakimiyyət orqanlarının yaydığı məlumata görə, son sutka ərzində ölkə üzrə koronavirusa yoluxanların sayı daha 485 nəfər artıb. Bunlardan 195-nin Tokioda qeydə alındığı bildirilir.

AZƏRTAC xəbər verir ki, beləliklə Yaponiya üzrə koronavirusa yoluxanların ümumi sayı 81 min 315 nəfərə çatıb. Buraya ölkə aeroportlarında karantin yoxlamaları zamanı müəyyən edilənlər və cari ilin əvvəllərində “Diamond Princess” kruiz laynerində aşkar edilən 712 nəfər də daxildir.

Hakimiyyət orqanları, həmçinin daha 12 nəfərin həyatını itirdiyini bildirib. Beləliklə ölkə üzrə koronavirus pandemiyasından həyatını itirənlərin ümumi sayı 1550 nəfərə çatıb.

Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyinin yaydığı məlumata görə, hazırda 166 xəstənin vəziyyəti ağırdır.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.