Yaponiyada koronavirusa yoluxma hallarının sayı azalır
AzerTAg.az

Tokio, 26 mart, AZƏRTAC
Yaponiyada koronavirusa yeni yoluxma hallarının sayı azalmaqda davam edir.
AZƏRTAC xəbər verir ki, martın 25-də bütün ölkə üzrə cəmi 47 min yeni yoluxma halı qeydə alınıb. Bu, bir həftə əvvəlki göstərici ilə müqayisədə 17 min nəfər azdır.
Xatırladaq ki, martın 21-dən Yaponiyada 47 prefekturadan 18-də qüvvədə olan məhdudiyyətlərin tətbiqi aradan qaldırılıb. Həmin siyahıda Tokio və Osaka şəhərləri də yer almışdı.
Məhdudiyyətlərin aradan qaldırılmasından sonra ilk bazar günləri ərəfəsində paytaxt sakinlərinə müraciət edən qubernator Koike Yuriko onları ehtiyat tədbirlərini davam etdirməyə çağırıb.
“ Biz hamını indiyədək göstərdiyimiz bütün cəhdlərin əbəs yerə itməməsi üçün əlbir çalışmağa çağırırıq”, - deyə xanım qubernator bildirib.
H.Yuriko paytaxt sakinlərinə böyük qrup halında axşam yeməyinə qatılmağı, bar və restoranlarda uzun müddət qalmamağı tövsiyə edib. Bildirib ki, hazırkı vəziyyətdə yoluxma hallarının azalması üçün çalışmaq və səhiyyə müəssisələrinin yükünü azaltmaq lazımdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
Xəbərin mətnində orfoqrafik səhv var