DÜNYA
Yaponiyada leysan yağışları səbəbindən 38 nəfər insan itkin düşüb
Bakı, 7 iyul, AZƏRTAC
Yaponiyada davam edən leysanlar nəticəsində azı 38 nəfər itkin düşüb. Bu barədə NHK telekanalı məlumat yayıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, leysan yağışları, daşqın və torpaq sürüşməsi nəticəsində 4 nəfər ölüb. Ölkənin müxtəlif prefekturalarında ümumilikdə 0,5 milyon insana təxliyə olunmaq tövsiyə edilib. Onların yarısından çoxu Kioto prefekturasının sakinləridir. Orada çayların suyunun səviyyəsi böhran həddinə yüksəlib. Yaponiya hökuməti yanında təbii fəlakətin fəsadlarının aradan qaldırılması işlərini əlaqələndirən və informasiya toplayan qərargah yaradılıb. Bundan başqa, ölkənin bəzi yerlərində bu işlərə Özünümüdafiə Qüvvələrinin döyüşçüləri cəlb edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]
BEA: Bu il elektromobil satışları 20 faizdən çox artacaq
- 23.04.2024 [15:53]
Çexiyada V4 ölkələri baş qərargah rəislərinin görüşü keçirilir
- 23.04.2024 [15:09]
İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib
- 23.04.2024 [15:04]