DÜNYA


Yaponiyada leysanlardan yaranan təhlükənin “xüsusi həyəcan” səviyyəsi elan edilib

Bakı, 6 iyul, AZƏRTAC

Yaponiya Baş Meteoroloji İdarəsi leysan yağışları, daşqın və torpaq sürüşməsi ilə əlaqədar olaraq Honşu adasının cənub-qərbində Xirosima, Okayama və Tottori prefekturaları, habelə Kyuşu adasında Fukuoka, Naqasaki və Saqa adaları üçün “xüsusi xəbərdarlıq” elan edib.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Yaponiyada təhlükə barədə əhalini xəbərdar etmək sisteminə görə, “Xüsusi həyəcan” səviyyəsi bir neçə onillik ərzində ən çoxu bir dəfə baş verən və insan tələfatına səbəb ola biləcək təbii fəlakətin yaxınlaşdığını bildirir. Hazırda ölkənin 47 prefekturasından 17-sində 570 mindən çox insana təxliyə olunmaq göstərişi verilib. Altı prefekturadakı 18 çayda suyun səviyyəsi böhran həddinə çatıb ki, istənilən anda daşqın baş verə bilər. Sinoptiklər Yaponiyanın mərkəzi rayonlarında yağıntının miqdarının ciddi fəlakətə gətirib çıxaracağı barədə xəbərdarlıq ediblər. Bəzi yerlərdə nəqliyyat xətti pozulub. Zərərçəkənlərin sayı dəqiqləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.