DÜNYA


Yaponiyada miras qalan evlərə sahiblik etmək istəyən yoxdur

Bakı, 8 dekabr, AZƏRTAC

Yaponiyada əhalinin sayının ildən-ilə azalması ölkə vətəndaşlarını yeni bir problemlə üz-üzə qoyub. Belə ki, heç də hamı ata-babadan qalmış mirasa sahiblik edərək, əmlak vergisini ödəmək istəmir.

AZƏRTAC xarici KİV-lərə istinadla bildirir ki, 100 yaşdan yuxarı insanların sayına görə dünyada öndə olan bu Asiya ölkəsində həyatdan köçən insanların evlərinə sahiblik etmək istəyənlərin sayı getdikcə azalır. Miras qalan evlərə ehtiyacı olmayan varislər vergi ödəmək və evlərə qulluq etmək məsuliyyətini öz üzərlərinə götürmək istəmirlər. Ona görə də miras qalan əmlakın qanuni sahibləri məsələnin həllini həmin evlərin ehtiyacı olanlara pulsuz təhvil verilməsində görürlər.

Səlahiyyətli orqanlar ölkənin müxtəlif şəhərlərindən verilən bu cür elanlara turistlərin maraq göstərdiklərini bildirirlər. Bəzi evlərə dair elanlar isə ev sahiblərinin varisi olmadığına görə yerli idarəetmə qurumları tərəfindən verilir. İndi Yaponiyada son dərəcə ucuz ev almaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.