DÜNYA


Yaponiyada mobil telefon rabitəsi üçün yeni antena hazırlanıb

Tokio, 8 noyabr, AZƏRTAC

Müasir dünyada mobil telefonlar üçün siqnalları ötürən antenalar mühüm əhəmiyyətə malikdir. Lakin bəzi hallarda onların görünüşü xoş təsir bağışlamır.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, iki yapon şirkəti antenaları bizi əhatə edən peyzajda maskalamaq üsulu hazırlayıblar.

Yaponiyanın telekommunikasiya operatoru “NTT Docomo” və şüşə istehsalı ilə məşğul olan “AGC” şirkətləri noyabrın 7-də yeni antena növünü ictimaiyyətə təqdim ediblər.

Metaldan hazırlanan yeni antena pəncərə şüşəsinə yerləşdirilib və o, burada demək olar ki, diqqəti cəlb etmir.

Yeni qurğu siqnalı 200 metr məsafəyə ötürməyə qadirdir. Yeni məhsul öz tipində ilk qurğu hesab edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.