DÜNYA


Yaponiyada partladıcı qurğuya malik olduğunu deyən sərnişin təyyarədən endirilib

Tokio, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 11-də Yaponiyanın “Jetstar Japan” aviaşirkətinə məxsus təyyarənin sərnişini partladıcı qurğuya malik olduğunu bildirdikdən sonra laynerdən endirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə cümə günü Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, hüquq-mühafizə orqanlarına təhvil verilən sərnişində partladıcı qurğu aşkar edilməyib.

“Jetstar Japan” şirkətinə məxsus təyyarənin Tokiodan Okinava prefekturasındakı Naha şəhərinə uçuşa hazırlaşdığı qeyd edilir. Göyərtədə ümumilikdə 140 nəfər olub. Göyərtə bələdçiləri yoxlama zamanı qəza çıxışının qarşısında oturan iki kişidən əl yüklərini baqaj rəfinə yerləşdirməyi xahiş ediblər. Həmin an onlardan biri bildirib ki, onun çantasında partladıcı qurğu var. Həmin sərnişin axtarış və sorğu-sual üçün təyyarədən endirilib.

Hadisə nəticəsində təyyarənin uçuşunun bir neçə saat gecikdiyi də bildirilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.