DÜNYA


Yaponiyada pişik “Ginnesin rekordlar kitabı”na düşüb

Tokio, 11 sentyabr, AZƏRTAC

Yaponiyada yaşayan Motimaru adlı şotland pişiyi “YouTube” kanalında ən çox baxılan ev heyvanı olaraq “Ginnesin rekordlar kitabı”na düşüb.

AZƏRTAC xəbər verir ki, pişiyin videohostinqdəki çarxaları 685 milyondan çox baxış yığıb. Hazırda o, “YouTube” kanalının ən populyar ev heyvanıdır.

Bildirilir ki, “Motimaru's Diary” kanalı 2019-cu il noyabrın 30-da yaradılıb. Motimarunun sahibi ilk günlər onun gündəlik videolarını paylaşıb. Pişiyin layf-kontenti tezliklə izləyicilərin xoşuna gəlib və o, çoxlu sayda abunəçi toplayıb. Hazırda “Motimaru's Diary” kanalının 1,4 milyon sadiq pərəstişkarı var.

Motimarunun sahibi pişiyinin məşhurluğunu onun mehriban görünüşü və parlaq mimikası ilə izah edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.