DÜNYA


Yaponiyada polisi yaralamaqda şübhəli bilinən şəxs həbs olunub

Tokio, 17 iyun, AZƏRTAC

Yaponiyada iyunun 16-da polisə bıçaqla hücum edərək onu yaralamaqda və silahını götürməkdə şübhəli bilinən 33 yaşlı Yuciro İmori həbs edilib.

AZƏRTAC xəbər verir ki, Y.İimori Osaka prefekturasının Suita şəhərində polis məntəqəsinə hücum edərək oradakı polisə çoxsaylı bıçaq zərbələri yetirməkdə və onun maqazinində 5 güllə olan tabel silahını götürərək, gizlənməkdə təqsirli bilinir.

Cinayətkar həbs edilərkən onun üzərindəki silah aşkar edilərək götürülüb. Lakin silahda 4 güllənin qaldığı məlum olub.

Y.İimorinin yaraladığı 26 yaşlı polisin vəziyyətinin hələ də ağır olduğu bildirilir. Hazırda polis hadisənin baş verməsi səbəblərini araşdırır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.