DÜNYA


Yaponiyada qasırğaya görə 400-dən çox reys təxirə salınıb

Tokio, 22 sentyabr, AZƏRTAC

Yaponiyada güclü “Tapa” qasırğasına görə aviaşirkətlər 400-dən çox daxili reysi təxirə salıblar.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, həmin reyslərin əksəriyyəti Kyüşü adasından və geriyə - Fukuoka, Miyazaki, Naqasaki, Kaqoşima və Saqa aeroportlarına nəzərdə tutulan uçuşlardır.

Aviaşirkətlər səyahətçiləri reyslər barədə son məlumatları internet vasitəsilə izləməyi tövsiyə edirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.