DÜNYA
Yaponiyada qəzaya uğramış F-15 qırıcısının pilotlarından birinin cəsədi tapılıb
Tokio, 13 fevral, AZƏRTAC
Yaponiyalı xilasedicilər ölkənin özünümüdafiə qüvvələrinin ötən ay qəzaya uğramış F-15 qırıcısının pilotlarından birinin cəsədini tapıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 13-də JIJI PRESS agentliyi məlumat yayıb. Bildirilir ki, hazırda ikinci pilotun axtarışları davam etdirilir.
Xatırladaq ki, hadisə yanvarın 31-də baş verib. Həmin gün İşikava prefekturasının Komatsu bazasından havaya qalxan hərbi təyyarə Yapon dənizi üzərində radarlardan itib. Təyyarənin təlim uçuşu keçirdiyi bildirilirdi.
Qeyd edək ki, Yaponiya özünümüdafiə qüvvələri təqribən 200 ədəd F-15 qırıcı təyyarəyə malikdir. Bu təyyarələr, əsasən, Yaponiya sərhədlərinə yaxınlaşan xarici təyyarələri müşayiət edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]
“Nokia” Özbəkistanda 5G şəbəkələri quracaq
- 24.04.2024 [14:08]