DÜNYA
Yaponiyada safari-parkın qadın əməkdaşının avtomobilinə daxil olan ayı onu öldürüb
Tokio, 16 avqust, AZƏRTAC
Yaponiyada safari-parkın qadın əməkdaşının maşınına daxil olan ayı onu öldürüb. Faciə Tokionun şimal-qərbində yerləşən Qumma safari-parkında baş verib. 46 yaşlı əməkdaşın avtomobilinə daxil olan qara Himalay ayısı ona ağır bədən xəsarətləri yetirib. Nəticədə qadın həlak olub. Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.
Ayının avtomobilə necə daxil olduğu hələ də məlum deyil. Çəkisi 160 kiloqram olan beş yaşlı ayı Kiyomi Saytonun bədəninin sol tərəfinə ağır zərbələr endirərək, qadının sinəsini və qarnını parçalayıb. Həkimlər onu xilas edə bilməyiblər.
K.Saytonun faciəli ölümü polis tərəfindən təhqiq olunur. Cari ildə ölkənin müxtəlif yerlərində yerləşən zooparklarda buna bənzər bir neçə hadisə baş verib. Nəticədə dörd nəfərin həlak olduğu bildirilir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [23:02]
Netanyahu HƏMAS-ın “strateji aktivlərinə” həbs qoyulduğunu açıqlayıb
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]