DÜNYA


Yaponiyada sakuranın çiçəkləyəcəyi vaxt açıqlanıb

Bakı, 18 yanvar, AZƏRTAC

Yaponiya Meteoroloji Xidməti bu il sakuranın çiçəkləməsinə dair ilk proqnozunu açıqlayıb.

AZƏRTAC RİA Novosti agentliyinə istinadla xəbər verir ki, Yosino albalısı mart ayının ikinci yarısında – ayın 18-də Kotidə, 25-də Yosinoda, 29-da Fukuoka və Tokioda, aprelin 1-də Naqoya və Hiroşimada çiçək açacaq. Ekspertlərin fikrincə, 2018-ci ilin oktyabrında temperaturun yüksəlməsi ölkənin bəzi yerlərində albalının erkən çiçəkləyəcəyinə səbəb olub.

Vakayama, Osaka, Kioto və Kaqosima şəhərlərində sakura apreldə çiçəkləyəcək. Şimal prefekturalarında, o cümlədən Miyaqi, Aomori və Hokkaydoda sakura aprelin ortasında və mayın əvvəlində çiçək açacaq.

Yaponiyaya fevral ayında səfər edəcək turistlərə Kavadzu şəhərinə getmək məsləhət görülür. Orada sakura digərə prefekturalardan bir ay tez çiçəkləyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.