DÜNYA


Yaponiyada son sutkada koronavirusa 5045 yeni yoluxma halı qeydə alınıb, 108 nəfər həyatını itirib

Tokio, 23 yanvar, AZƏRTAC

Yaponiyada yanvarın 22-də axşam saat 20:30-a olan son məlumata görə sutka ərzində koronavirusa 5045 yeni yoluxma halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Səhiyyə, Əmək və Sosial Təminat Nazirliyi məlumat yayıb.

Beləliklə, ölkə üzrə koronavirusa yoluxanların ümumi sayı 357 min 733 nəfər təşkil edib.

Nazirliyin nümayəndələrinin bildirdiyinə görə, son sutkada həyatını itirənlərin sayı 108 nəfər təşkil edib ki, bu da indiyədək ən yüksək sutkalıq göstəricidir. Bununla da Yaponiya üzrə koronavirus pandemiyasından həyatını itirənlərin ümumi sayı 4994 nəfərə çatıb.

Əlavə olaraq qeyd edək ki, Yaponiya hökuməti koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə 13 prefekturada fövqəladə vəziyyət rejimi tətbiq edib. Ölkəyə gələn əcnəbilərin girişinə qadağa qoyulub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.