DÜNYA


Yaponiyada sunami zamanı təxliyə üçün mobil proqram əlavəsi hazırlanıb

Tokio, 30 oktyabr, AZƏRTAC

Yapon proqramçılar əhalinin sıx yaşadığı şəhərlərdə sunami zamanı təxliyəyə kömək məqsədilə smartfonlar üçün xüsusi proqram əlavəsi hazırlayıblar.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, əlavə Tokio yaxınlığındakı Kavasaki şəhərinin köməyi ilə Thoku Universiteti yanında Təbii Fəlakətlərin Öyrənilməsi Beynəlxalq Elmi-Tədqiqat İnstitutu və Fuziçu laboratoriyası tərəfindən hazırlanıb. Əlavəni hazırlayanların bildirdiyinə görə, o, naviqasiyadan istifadə edərək təxliyə yerinə ən yaxın marşrutu tapmağa kömək edir.

Əlavədən istifadə edənlər fotolar və şərhlər yayaraq sualtında qalan ərazilər, dağılan binalar barədə informasiyaları bölüşə bilərlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.