DÜNYA


Yaponiyada suşiyə bənzər parazit “super ulduz”a çevrilib

Tokio, 7 oktyabr, AZƏRTAC

Yaponiyanın İvate şəhərinin “Fukuşima akvamarin” akvariumunda nümayiş etdirilən suşiyə bənzər dəniz paraziti görünüşünə görə böyük populyarlıq qazanıb.

AZƏRTAC xəbər verir ki, bu dəniz izopodu görünüşünə görə qızılbalıqdan hazırlanan suşini xatırladır. Bu bənzərlik həmin dəniz izopodunu akvariumun ən populyar canlısına çevirib. Akvariuma gələn tamaşaçıların hamısı böyük maraqla ayaqları olan bu “canlı suşi”yə baxmaq istəyirlər.

Akvariumun əməkdaşı May Hibinonun bildirdiyinə görə, yaponların sevimli yeməyi olan niqirini xatırladan “super ulduz” təqribən 40-a yaxın növü olan “Rocinela” cinsinə aiddir. Bu parazit növü daha böyük dəniz canlılarının kürəyinə və ya daxili orqanlarına yapışaraq yaşayırlar.

M.Hibinonun sözlərinə görə bu izopod növləri əsasən qəhvəyi rəngdə olurlar. Bu parazitin belə rəng almasının səbəbi isə, çox güman ki, onun qidalandığı xüsusi növ balığın rəngindən irəli gəlib. Bu canlının hansı balıqdan qidalandığı məlum olmasa da, cəmi 3 santimetr boyu ilə onun istənilən dəniz canlısından bəhrələnə biləcəyi qeyd edilir.

Həmçinin bu izopodun Hokkaydonun Rausu şəhəri yaxınlığında, 800-1200 metr dərinlikdə balıq torlarından birinə düşdüyü bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.