DÜNYA


Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb

Bakı, 13 iyul, AZƏRTAC

Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 204 nəfərə çatıb. Bu barədə ölkənin baş polis idarəsi məlumat verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 60 nəfər itkin düşüb. Yerli ekstern xidmətlər polisin və ölkənin Özünümüdafiə Qüvvələrinin əsgərlərinin köməyi ilə axtarış və xilasetmə əməliyyatlarını davam etdirir.

Xatırladaq ki, ötən həftənin ortasında “Prapirun” qasırğasının təsiri səbəbindən Yaponiyada leysanlar başlayıb. Bəzi yerlərdə yağıntının miqdarı 1000 mm olub ki, bu da çaylarda daşqına və torpaq sürüşməsinə gətirib çıxarıb. Bu təbii fəlakət 1953-cü ildə Yaponiyada baş vermiş daşqından sonra ən böyüyüdür. O zaman Kyuşu adasında 759 nəfər ölmüş, 450 mindən çox insan evsiz qalmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.