DÜNYA
Yaponiyada təbii fəlakət nəticəsində ölənlərin sayı 8-ə çatıb
Bakı, 7 iyul, AZƏRTAC
Yaponiyanın qərbində davam edən leysanlar azı 8 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, xilasetmə xidməti və Özünümüdafiə Qüvvələri 50 nəfər itkin düşənin axtarışını davam etdirir. Leysan yağışlar miqyaslı torpaq sürüşməsinə gətirib çıxarıb.
Yaponiyanın Baş naziri Şinzo Abe deyib: “Xilasetmə bölmələri bütün zərərçəkən ərazilərə yönəldilməlidir. Prioritet vəzifəmiz insanları xilas etməkdir”.
Kyodo agentliyinin məlumatına görə, 3 milyondan çox insana təxliyə olunmaq tövsiyə edilib. Təbii fəlakətin vurduğu zərbə səbəbindən böyük müəssisə və fabriklər işini dayandırır. Şənbə günü Mazda avtokonserni Xirosima və Yamaquti prefekturalarında öz iki müəssisəsinin fəaliyyətini dayandırdığını elan edib.
Hazırda Yaponiyanın bir çox regionunda yağışın intensivliyi azalıb ki, bu da xilasetmə əməliyyatını və itkin düşənlərin axtarışı işlərini asanlaşdırır. Eyni zamanda, hökumət orqanları sürüşmə təhlükəsinin mövcudluğunu bilirlər.