ELM VƏ TƏHSİL


Yaponiyada təqaüd proqramı elan edilib

Bakı, 16 may, AZƏRTAC

Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2020-ci il üçün təqaüd proqramı elan edib. Yaponiyanın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, təqaüd proqramı çərçivəsində təhsil ödənişsizdir, aylıq təqaüd verilir və yol xərcləri qarşı tərəfdən ödənilir.

Magistratura və doktorantura üzrə elmi tədqiqat proqramı, bakalavriat təhsili üzrə proqram və texnologiya kolleclərində təhsil üzrə 3 proqram elan olunub.

Azərbaycan vətəndaşları üçün seçimlər Yaponiyanın Bakıdakı səfirliyi tərəfindən həyata keçirilir.

Hər üç proqram üçün sənədlərin qəbulu iyunun 10-da başa çatacaq. Yazılı imtahan iyunun 15-də, müsahibə iyunun 28-də olacaq. Sənədlər Yaponiyanın Azərbaycandakı səfirliyində qəbul edilir.

Proqramlar haqqında ətraflı məlumat üçün Yaponiya səfirliyinin internet səhifəsinə yüklənmiş aşağıdakı linkə daxil olmaq lazımdır:

1. 2020-ci il elmi-tədqiqat üzrə Yaponiya dövlət təqaüd proqramı (tədqiqatçı, magistratura və doktorantura təhsili)

https://www.az.emb-japan.go.jp/files/000476170.pdf 

2. 2020-ci il bakalavr təhsili üzrə Yaponiya dövlət təqaüd proqramı

https://www.az.emb-japan.go.jp/files/000475427.pdf 

3. 2020-ci il texnologiya kolleclərində təhsil üzrə Yaponiya dövlət təqaüd proqramı

https://www.az.emb-japan.go.jp/files/000475785.pdf 

Təqaüd proqramı üzrə sənəd qəbulu mərhələsindən keçən şəxslər yazılı imtahan verəcəklər. Yazılı imtahanları müvəffəqiyyətlə verən şəxslər müsahibə mərhələsinə dəvət olunacaq. Proqram üzrə Yaponiyada təhsilin başlanması 2020-ci ilin aprel ayı üçün nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.