DÜNYA


Yaponiyada torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 15 nəfərə çatıb

Tokio, 18 iyul, AZƏRTAC

İyulun əvvəlində Yaponiyanın Şizuoka prefekturasının Atami şəhərində baş verən torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 15 nəfərə çatıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, iyulun 3-də səhər saat 10 radələrində baş verən torpaq sürüşməsindən sonra 20 nəfərin itkin düşdüyü elan edilib. Hazırda təbii fəlakət zonasında axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, fəlakət nəticəsində zərər çəkən rayonda təqribən 130 ev dağılıb, hələ də 14 nəfərin yeri müəyyən edilməyib. Təqribən 500 nəfər müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib.

Son məlumatlara görə, bazar günü xilasedicilər daha bir nəfərin cəsədini aşkar ediblər, lakin onun torpaq sürüşməsi nəticəsində həlak olduğu dəqiqləşdirilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.