İDMAN


Yaponiyada tufan səbəbindən F 1-ə dəstək yürüşləri ləğv edilib

Bakı, 10 oktyabr, AZƏRTAC 

“Hagibis” güclü tufanı səbəbindən Formula 1 üzrə Yaponiya Qran-Prisinin yürüş uik-endi çərçivəsində iki Formula 4 yürüşü ləğv edilib. Məlumatı “RaceFans” portalı yayıb.

AZƏRTAC xəbər verir ki, təşkilatçılar oktyabrın 10-da bəyan ediblər ki, çempionatın hesabına daxil edilməyən iki yürüş ləğv olunub. Belə ki, onlar əsas üstünlüyü Formula 1 cədvəlinə veriblər. Bu qərar çempionata aidiyyəti olan bütün tərəflərin yaxınlaşan tufanı diqqətlə izləmələri və Formula 1 mərhələsi cədvəlinin mümkün qədər ciddi zərər görməməsi üçün səy göstərdikləri barədə bəyanatından sonra qəbul edilib.

Formula 4 yürüşlərinin ləğvi o deməkdir ki, cədvəldə Formula 1 uik-endi ilə yanaşı, təkcə yerli vaxtla bazar gününün səhərinə planlaşdırılmış Yaponiyanın “Porsche Carrera” yürüşü saxlanılacaq.

Tufanın daha çox şənbə günü təhlükəli olacağı bildirilir ki, bu da nəzəri cəhətdən təsnifatın təxirə salınması və ya ləğvi ilə nəticələnə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.