DÜNYA


Yaponiyada ümumi daxili məhsul artmaqda davam edir

Tokio, 21 may, AZƏRTAC

Cari ilin yanvarından martınadək Yaponiyada ümumi daxili məhsul (ÜDM) orta hesabla 2,1 faiz artıb. Ölkə iqtisadiyyatı iki rübdür ki, artmaqda davam edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabineti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə ixracın həcmi Çinin iqtisadi inkişafında baş verən geriləmə səbəbindən elektron komplektləşdiricilərə tələbat azaldığına görə 2,4 faiz aşağı düşüb.

Bununla yanaşı, ixrac daha çox - 4,6 faiz azalıb. Beləliklə, xarici tələbatın artması ÜDM-nin göstəricilərinə müsbət təsir göstərib.

İxracın və istehsalçıların məsrəflərinin azalması nəticəsində korporativ kapital xərcləri də 0,3 faiz aşağı düşüb.

Yaponiya hökuməti və parlamentin deputatları ÜDM barədə məlumatların dərc edilməsini oktyabra planlaşdırılan istehlak vergisinin artırılması ilə bağlı görüləcək tədbirlərə görə böyük maraqla gözləyirdilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.