DÜNYA


Yaponiyada uşaqların intiharı son 30 ildə ən yüksək həddə çatıb

Tokio, 5 noyabr, AZƏRTAC

Yaponiya Təhsil Nazirliyinin məlumatına əsasən, ölkədə uşaq intiharı son 30 ildə ən yüksək həddə çatıb.

AZƏRTAC xəbər verir ki, nazirliyin apardığı sorğunun nəticələrinə görə, ötən ilin martından bu ilin martınadək Yaponiyada ibtidai, natamam və tam orta məktəblərin 250 şagirdi öz həyatına qəsd edib.

Bu, əvvəlki ilin həmin göstəricisi ilə müqayisədə 5 nəfər çoxdur. Onların 6-sı ibtidai, 84-ü natamam, 160-ı isə tam orta məktəblərin şagirdidir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.