DÜNYA


Yaponiyada vaksin pasportlarının verilməsi üçün müraciətlər iyulun 26-dan qəbul ediləcək

Tokio, 12 iyul, AZƏRTAC

Yaponiya hökuməti koronavirusa qarşı vaksinin hər iki dozasını qəbul etmiş yerli sakinlərə vaksin pasportlarının verilməsi üçün müraciətləri iyulun 26-dan başlayaraq qəbul edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə bazar günü Yaponiya Nazirlər Kabinetinin baş katibi Katsunobu Kato NHK telekanalına müsahibəsində bildirib.

Baş katib qeyd edib ki, vaksinasiya pasportlarının verilməsi heç bir halda diskriminasiyaya və ya məcbur etməyə səbəb verməməlidir. Buna görə də pasportun necə olacağı və hansı qaydalara əməl etməklə veriləcəyi dəqiqləşdirilməlidir.

K.Kato əlavə edib ki, bütün ölkə üzrə bələdiyyələr iyulun 26-dan başlayaraq vaksinasiya pasportlarının verilməsi üçün müraciətlərin qəbuluna başlayacaq.

Baş katibin bildirdiyinə görə, bu pasportların tətbiqi xaricə işgüzar səfərlər edənlər arasında koronavirusa qarşı profilaktik tədbirləri gücləndirməyə də kömək edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.