DÜNYA


Yaponiyada vəliəhd-şahzadənin doğum günüdür

Tokio, 23 fevral, AZƏRTAC

Fevralın 23-də Yaponiyada vəliəhd-şahzadə Naruhitonun 58 yaşı tamam olur.

AZƏRTAC xəbər verir ki, bu ərəfədə vəliəhd-şahzadə Tokionun mərkəzində yerləşən iqamətgahında mətbuat konfransı keçirib.

Xatırladaq ki, İmperator Akihito taxtı tərk etdikdən sonra vəliəhd-şahzadə Naruhito 2019-cu il mayın 1-də taxta çıxacaq.

Mətbuat konfransında vəliəhd-şahzadə bildirib ki, İmperator Akihitonun və imperatriçə Miçikonun keçdiyi tarixi yolu düşündükcə onlara qarşı dərin minnətdarlıq hissləri keçirir.

Naruhito deyib ki, İmperator və imperatriçənin obrazları daim onun qəlbində yaşayacaq və o, gələcək fəaliyyətində daim onları xatırlayacaq. Vəliəhd-şahzadə əlavə edib ki, o, kamilləşməkdə davam edərək öz vəzifələrini layiqincə yerinə yetirməyə çalışacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.