DÜNYA
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Tokio, 20 sentyabr, AZƏRTAC
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb. Ədliyyə Nazirliyinin İmmiqrasiya Bürosunun yaydığı məlumata görə, ölkədə yaşayan əcnəbilərin sayı 2 milyon 637 min 251 nəfərdir.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu, ölkə əhalisinin təqribən 2 faizinə bərabərdir. Bu, həmin statistikanın aparılmağa başladığı 1959-cu ildən bəri ən böyük rəqəmdir. Ötən il dekabrın sonlarında aparılan son tədqiqatın nəticələri ilə müqayisədə bu, 75 min 403 nəfər çoxdur.
Yaponiyada yaşayan əcnəbilər arasında sayca ən çox çinlilərdir ki, onların sayının 741 min 656 nəfər olduğu bildirilir. Onlardan sonra sayı 452 min 701 nəfər olan cənubi koreyalılar və 291 min 494 nəfər olan vyetnamlılar gəlir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]